...

XİN: Rusiya Qarabağ münaqişəsinin nizamlanmasına fəal yardım göstərməyə və gələcək razılaşmanın zamini olmağa hazırdır

Siyasət Materials 23 Yanvar 2007 13:02 (UTC +04:00)
XİN: Rusiya Qarabağ münaqişəsinin nizamlanmasına fəal yardım göstərməyə və gələcək razılaşmanın zamini olmağa hazırdır

Rusiya Dağlıq Qarabağ münaqişəsinin müxtəlif səviyyələrdə dinc yolla nizama salınması üzrə iki ölkənin prezidentləri arasında Ermənistan-Azərbaycan dialoqunun davam etdirilməsini salamlayır. "Mayak" radiosu xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mixail Kamınin bu problem üzrə Ermənistan və Azərbaycan XİN başçıları Vardan Oskanyan və Elmar Məmmədyarovun yanvarın 23-də Moskvada keçiriləcək danışıqları ərəfəsində bildirib.

REGNUM agentliyi xəbər verir ki, bununla yanaşı, Rusiya xarici siyasət idarəsinin nümayəndəsinin sözlərinə görə, Moskva belə bir fikirdədir ki, münaqişə iştirakçılarının özləri münaqişənin qarşılıqlı qəbul oluna bilən həllini tapmalıdırlar. Rusiya isə öz tərəfindən "bu işdə həm ikitərəfli planda, həm də ATƏT-in Minsk qrupunun həmsədri qismində ən fəal yardım göstərməyə və gələcəkdə mümkün olan razılaşmanın zamini olmağa hazırdır", - deyə Mixail Kamınin qeyd edib.

Xatırladaq ki, yanvarın 23-də Rusiya XİN-də bu il ilk dəfə ATƏT Minsk qrupunun həmsədrlərinin, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirakı ilə Ermənistan və Azərbaycan XİN başçılarının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri üzrə görüşü keçirilir. Həmçinin qeyd edək ki, ATƏT MQ həmsədrləri Yuri Merzlyakov (Rusiya), Metyu Brayza (ABŞ) və Bernar Fasye (Fransa) qeyd olunan danışıqlardan sonra yanvarın 24-də Azərbaycan və Ermənistana səfər edəcəklər.

Xəbər lenti

Xəbər lenti