...

ABŞ administrasiyası Qars-Axalkalaki-Tbilisi-Bakı layihəsinin reallaşdırılmasının əleyhinə deyil

Siyasət Materials 24 Yanvar 2007 17:30 (UTC +04:00)

ABŞ administrasiyası, prinsip etibarilə, Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu magistralının tikintisinin əleyhinə deyil. Trend xəbər verir ki, bu barədə yanvarın 24-də ATƏT Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza Qars-Axalkalaki-Tbilisi-Bakı layihəsi üzrə fevralın əvvəlində Tbilisidə sənədlərin yüksək səviyyədə nəzərdə tutulan imzalanmasını şərh edərkən, Bakıdan gedən zaman aeroportda jurnalistlərə bildirib.

Onun sözlərinə görə, ABŞ konqresinin hökumətə layihənin reallaşdırılmasına maliyyə yardımı göstərməyi qadağan edən mövqeyi var. "Lakin administrasiyanın mövqeyi başqadır - biz prinsip etibarilə layihənin reallaşdırılmasının əleyhinə deyilik. Bununla yanaşı, biz (ABŞ administrasiyası, - müəllifin qeydi) konqresin qərarı səbəbindən konkret şəkildə bunu dəstəkləyə bilmərik", - deyə M.Brayza vurğulayıb.

Xəbər lenti

Xəbər lenti