...

"Sisko" və "Shell" şirkətləri Azərbaycan hökuməti ilə hərtərəfli əməkdaşlığa hazırdırlar

Siyasət Materials 26 Yanvar 2007 12:38 (UTC +04:00)

"Sisko" şirkəti Azərbaycan hökuməti ilə hərtərəfli əməkdaşlığa hazırdır. Trend xəbər verir ki, bu barədə Amerikanın "Sisko" şirkətinin idarə heyətinin sədri Con Çambers Azərbaycan prezidenti İlham Əliyevlə Davosda görüşərkən bəyan edib.

Görüşdə Azərbaycanda informasiya texnologiyalarının inkişafı məsələləri, "Sisko" şirkətinin respublikada xüsusi iqtisadi zonaların yaradılmasında iştirakı müzakirə edilib. Con Çambers vurğulayıb ki, son vaxtlar Azərbaycanda həyata keçirilən, iqtisadiyyatın texniki tutumlu sektorlarında informasiya texnologiyalarının inkişafına yönəlmiş siyasət böyük dəstək görür. "Sisko" idarə heyəti sədrinin sözlərinə görə, bu, xüsusilə, respublikada yeni tipli informasiya infrastrukturunun, xüsusi iqtisadi zonaların yaradılmasına, bu sektora sərmayələrin qoyulmasına və başqa məsələlərə aiddir.

Öz növbəsində, Hollandiyanın "Shell" şirkətinin icraçı direktoru Yerun Van Der Vir İlham Əliyevlə görüşdə bildirib ki, onların təmsil etdikləri şirkət energetika sektorunda Azərbaycanla əməkdaşlığa böyük maraq göstərir.

Prezident İlham Əliyev bu fikrə müsbət yanaşıb və vurğulayıb ki, ölkəyə qayıtdıqdan sonra müvafiq tapşırıqlar verəcək.

Xəbər lenti

Xəbər lenti