...

Baş nazir: Ukrayna Avropaya neft nəqli üzrə konsorsiumun yaradılmasını təklif edir

Siyasət Materials 26 Yanvar 2007 13:13 (UTC +04:00)
Baş nazir: Ukrayna Avropaya neft nəqli üzrə konsorsiumun yaradılmasını təklif edir

Ukrayna Azərbaycan, Qazaxıstan və Rusiya ilə Ukrayna ərazisindən keçməklə Avropaya neft tranziti üzrə konsorsiumun yaradılması üçün səylərin birləşdirilməsi imkanını müzakirə etməyi planlaşdırır. Trend UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Viktor Yanukoviç Davosda (İsveçrə) jurnalistlərə verdiyi müsahibəsində bildirib.

"Biz Azərbaycan, Qazaxıstan və Rusiyanın səylərinin birləşməsi imkanını, Ukrayna ərazisindən keçməklə Avropaya neft nəqlində maraqlı olan konsorsiumu necə yarada biləcəyimizi müzakirə edəcəyik", - deyə V.Yanukoviç bildirib. Hökumət başçısı qeyd edib ki, Davosda Ümumdünya iqtisadi forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı onların Ukrayna baş nazirinin Azərbaycana səfəri zamanı əldə olunmuş razılaşmaların reallaşdırılmasını müzakirə etmək imkanları olub.

V.Yanukoviç bildirib ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri neftlə doldurulduqdan sonra Azərbaycan yeni satış bazarları ilə maraqlanacaq.

Ukraynanın baş naziri Odessa-Brodı neft kəmərini Azərbaycan neftinin mümkün tranzit nəqli yollarından biri hesab edir. Və indi bir sıra variantlar, xüsusilə neftin tankerlərlə Supsadan (Gürcüstan) Odessaya nəqli variantı mövcuddur, eləcə də Qara dənizin dibindən Odessaya qədər neft kəmərinin tikilmə imkanı var. V.Yanukoviç qeyd edib ki, Rusiya, Qazaxıstan və Qazaxıstanda işləyən Shell şirkəti də neftin nəql edilməsi yollarında maraqlıdır.

Ümumdünya iqtisadi forumun "Energetika - 2007: neft siyasətinin yeni erası" mövzusunda plenar sessiyası zamanı Ukraynanın hökumət başçısı Ukraynanın neft hasilatı və nəqli prosesində iştirakına dair öz fikrini bildirib. Konfransda dünyadakı neft bazarlarında vəziyyət, eləcə də Ukraynanın bu bazarlardakı yeri nəzərdən keçirilib.

Xəbər lenti

Xəbər lenti