...

Yunanıstanlı deputatların Azərbaycana səfəri başa çatıb

Siyasət Materials 26 Yanvar 2007 17:51 (UTC +04:00)

Yanvarın 23-də Bakıya gələn Yunanıstan-Azərbaycan parlamentlərarası dostluq qrupu üzvlərinin səfəri yanvarın 26-da başa çatıb. Bu barədə Trend xəbər verir. Xatırladaq ki, yunanıstanlı parlamentarilər ölkəmizə səfərləri zamanı Milli Məclisin sədri Oqtay Əsədov, mədəniyyət və turizm nazirinin müavini, Azərbaycan-Yunanıstan parlamentlərarası dostluq qrupu üzvləri ilə görüşüblər, "Atəşgah"la tanış olublar.

Bundan başqa Heydər Əliyev Fonduna, Qan Köcürmə İnstitutuna və Sanqaçal Neft Terminalına baş çəkiblər.

Yunanıstanlı deputatlar bildiriblər ki, səfər zamanı keçirdikləri görüşlərdən və onlara göstərilən münasibətdən razı qalıblar.

Xatırladaq ki, Yunanıstan parlamentinin nümayəndə heyətinə Harakoponluos Maximos rəhbərlik edir. Qrupun tərkibinə Dimaras İoannis, Ahmet İlham, Karpouzas Antonis və Irettou Christina daxil idi.

Xəbər lenti

Xəbər lenti