...

İqdır TSP-nin sədri: İqdır və Azərbaycan arasında əməkdaşlıq üçün hər cür narahatçılıq aradan qaldırılıb

Siyasət Materials 29 Yanvar 2007 16:51 (UTC +04:00)

İqdır və Azərbaycan arasında əməkdaşlıq üçün hər cür narahatçılıq aradan qaldırılıb. Trend in xüsusi müxbiri xəbər verir ki, bu barədə Türkiyənin İqdır əyalətinin Ticarət-sənaye palatasının sədri Kamal Arslan Azərbaycanın aparıcı KİV-lərinin nümayəndələri ilə görüşdə bildirib.

Onun sözlərinə görə, hazırda İqdır, Naxçıvan, bütövlükdə Azərbaycan sahibkarlarının qarşılıqlı faydalı əməkdaşlığının qaydaya salınması üçün yaxşı və cəlbedici şərait yaradılıb. Türkiyə iş adamları üçün viza ilə bağlı son narahatçılıqlar da həmçinin müsbət şəkildə həll olunub. Belə ki, yaxın vaxtlarda Türkiyənin iş adamları üçün vizaların qiymətinin 50 dollardan 15 dollara qədər azaldılması haqqında qərar qüvvəyə minəcək.

K.Arslan İqdır sahibkarlarının Naxçıvan, bütövlükdə Azərbaycanla biznes-əlaqələrin möhkəmlənməsində maraqlı olduğunu vurğulayıb. O, həmçinin azərbaycanlı iş adamlarını İqdırda görmək istədiyini qeyd edib. Biz bu məsələdə Azərbaycan tərəfinə hər cür dəstək göstərmək niyyətindəyik. K.Arslan Azərbaycan tərəfini cəlb edə biləcək sahələrin heyvandarlıq, kənd təsərrüfatının emal sahəsi, turizm və b. olduğunu hesab edir.

K.Arslan xatırladıb ki, İqdırın Azərbaycanla ticarət münasibətləri 1993-cü ildən başlayıb. O vaxt əmtəə dövriyyəsi 13 mln. dollar, 1996-98-ci illərdə - 76 mln. dollar təşkil edib. Ötən il bu göstərici 57 milyona bərabər olub.

Xəbər lenti

Xəbər lenti