...

Parisdə Azərbaycan prezidentinə "Fəxri legionun Böyük xaç komandoru" ordeninin və prezident Jak Şiraka "Heydər Əliyev" ordeninin təqdim edilməsi mərasimi keçirilib

Siyasət Materials 30 Yanvar 2007 11:11 (UTC +04:00)

Trend xəbər verir ki, yanvarın 29-da Yelisey sarayında Azərbaycan prezidenti İlham Əliyevə "Fəxri legionun Böyük xaç komandoru" ordeninin və prezident Jak Şiraka "Heydər Əliyev" ordeninin təqdim edilməsi mərasimi keçirilib.

Azərbaycan prezidenti Fransa prezidetinə Jak Şirakın portreti toxunmuş xalça hədiyyə edib. Daha sonra Fransa prezidenti Jak Şirak bizim ölkə başçısına xatirə hədiyyəsi təqdim edib.

İlham Əliyevə ali ordeni təqdim edərkən Jak Şirak deyib: "2004-cü ildə mən sizə Fəxri legionun ordenini bildiyiniz kimi dərin hörmət və böyük dostluq hissləri duyduğum atanız üçün təqdim etmişdim. Bu mükafatı sizə təqdim edərkən böyük həyəcan hiss edirdim. Bu gün isə siz bizim ölkəyə ilk dövlət səfərinə gəlmisiniz. Ona görə mən böyük məmnunliyyətlə sizə Fransanın ali mükafatı - yüksək dərəcəli Fəxri legion ordenini təqdim etmək istəyirəm. Bildiyiniz kimi, Bu orden Napoleon tərəfindən təsis edilib və bütün fransızlar öz ölkəsinin fərqlənmə və medalları ilə çox öyünürlər".

Azərbaycan prezidenti İlham Əliyev Fransa prezidentinə "Heydər Əliyev" ordenini təqdim edərkən deyib: "Hörmətli cənab prezident, bu gün mənim üçün çox dəyərli bir gündür. Fransanın ali ordenini almaq mənim üçün böyük şərəfdir. Siz qeyd etdiniz ki, üç il bundan öncə mən Fransada rəsmi səfərdə olarkən prezident Heydər Əliyevə təqdim olunmuş ordeni qəbul etmək xoşbəxtliyi mənə müyəssər olub. Sizin şəxsi dostluğunuz Azərbaycan-Fransa mənasibətlərinin inkişafında mühüm rol oynayıb. Məhz sizin birgə fəaliyyətiniz nəticəsində Fransa-Azərbaycan münasibətləri intensiv inkişaf edib və bu gün ən yüksək səviyyəyə çatıb. Biz bütün sahələrdə - siyasi, iqtisadi, mədəni sahələrdə çox uğurla əməkdaşılq edirik".

Xəbər lenti

Xəbər lenti