...

Sabah Milli Məclisin yaz sessiyası başlayır

Siyasət Materials 31 Yanvar 2007 12:35 (UTC +04:00)

Sabah Milli Məclisin yaz sessiyası başlayır. Trend in məlumatına görə, qanunverici orqanın ilk iclasında Milli Məclisin intizam və hesablayıcı komissiyalarının tərkibi yenidən təşkil olunacaq, yaz sessiyası üçün iş planı təsdiq ediləcək.

Bundan başqa türkdilli ölkələrin dövlət başçılarının IIII zirvə görüşündə qəbul olunmuş Antalya bəyannaməsinin təsdiq edilməsi barədə, "Azərbaycanın "Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq dənizi Təşkilatının yaradılması haqqında" Konvensiyaya qoşulması barədə", "Azərbaycan Respublikası hökuməti və Kuba Respublikası hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik olan vətəndaşların vizasız gediş-gəlişi haqqında" sazişin təsdiq edilməsi barədə", "Milli Məclisin deputatının statusu haqqında" qanuna əlavələrin və dəyişikliklərin edilməsi barədə", "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında" qanun layihələrinə baxılacaq, habelə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər olunacaq.

Ümumilikdə sabahkı iclisda 13 məsələ müzakirə ediləcək.

Xatırladaq ki, parlamentin payız sessiyası 2006-cı ilin dekabrın 30-da başa çatıb və millət vəkilləri bir aylıq tətilə çıxıblar. Milli Məclisin payız sessiyası fevralın 1-də başlayır və mayın sonunda başa çatır.

Xəbər lenti

Xəbər lenti