...

Aydın Mirzəzadə: "Bizim Dağlıq Qarabağın separatçı rejiminin rəhbərliyi ilə görüşməyimiz mümkün deyil"

Siyasət Materials 2 Fevral 2007 14:20 (UTC +04:00)
Aydın Mirzəzadə: "Bizim Dağlıq Qarabağın separatçı rejiminin rəhbərliyi ilə görüşməyimiz mümkün deyil"

"Dağlıq Qarabağ və işğal edilmiş digər rayonlar bizim torpaqlarımızdır və Azərbaycan deputatlarının həmin əraziyə getmək hüququ var. Amma bizim Dağlıq Qarabağın separatçı rejiminin rəhbərliyi ilə görüşməyimiz mümkün deyil." Bu sözləri Trend ə açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Aydın Mirzəzadə deyib.

Xatırladaq ki, AŞPA-nın qış sessiyası çərçivəsində Dağlıq Qarabağ üzrə Alt Komitənin iclası da keçirilib. Alt Komitənin sədri, böyük britanyalı deputat lord Rassel Conston Azərbaycan və Emənistanın AŞPA-daki nümayəndə heyətlərinin Alt Komitənin üzvləri ilə birgə Dağlıq Qarabağa səfər etməsi təklifini irəli sürüb. Azərbaycan nümayəndə heyəti isə konustruktivlik nümayiş

etdirərək buna etiraz etməyiblər: "Lord R.Conston bildirdi ki, bu il mayın axırı və ya iyunun əvvəlində Dağlıq Qarabağa səfər etmək niyyətindədir. O, arzuladı ki, bu səfərdə onu AŞPA-dakı Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin üzvləri də müşayiət etsinlər. Biz etiraz etmədik. Amma səfərin Azərbaycana və Ermənistana, yoxsa işğal olunmuş Azərbaycan torpaqlarına ediləcəyi barədə dəqiqləşdirmə aparılmayıb. İkincisi, əgər Azərbaycan nümayəndə heyəti işğal olunmuş torpaqlara gedəcəksə, səfər hardan başlayacaq? Bu detallar müzakirə edilməlidir. Səfər barəsində hələ danışıqlar gedəcək."

A.Mirzəzadə deyib ki, Alt Komitənin iclasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti iki il əvvəl AŞ tərəfindən qəbul olunmuş 1416 saylı qətnamənin həyata keçirilməsi məsələsini növbəti dəfə çox kəskin şəkildə qaldırıb: "Biz vurğuladıq ki, Azərbaycan cəmiyyəti ölkə prezidenti İlham Əliyevin Dağlıq Qarabağ danışıqları ilə bağlı həyata keçirdiyi siyasi kursu dəstəkləyir. Bu, Ermənistan tərəfinə çox güclü bir mesaj idi. Ermənistan nümayəndə heyəti tərəfindən Robert Koçaryanın apardığı siyasətin dəstəklənib-dəstəklənməməsi barədə heç bir çıxış olmadı. Baxmayaraq ki, onların arasında Koçaryanın partiyasının üzvləri də var idi", -deyə millət vəkili əlavə edib.

Xəbər lenti

Xəbər lenti