...

Azadlıq Partiyasının sədri: "Bizim mexaniki şəkildə Ədalət Partiyasına birləşmək niyyətimiz yoxdur"

Siyasət Materials 2 Fevral 2007 14:21 (UTC +04:00)

"Ədalət Partiyasının funksionerləri məqsədli şəkildə belə şərhlər verirlər ki guya biz bu partiyanın tərkibinə daxil oluruq. Amma bizim mexaniki şəkildə Ədalət Partiyasına birləşmək niyyətimiz yoxdur". Bu açıqlamanı Trend ə Azadlıq Partiyasının sədri Əhməd Oruc verib.

O, qeyd ki, Ədalət Partiyasının sədri İlyas İsmayılovla müzakirələr aparıb və bu iki partiyanın yeni birliyinin yaradılması qərara alınıb. Bu məqsədilə işçi qrupu da yaradılıb. Lakin işçi qrupu "Azadlıq" və "Ədalət" partiyalarının hansı formada birləşəcəyini, bunun modelini və məqsədlərini, siyasi kursunu müəyyənləşdirəcək: "Ola bilər ki, bizim partiyalar bir koalisiya, yaxud ittifaqda birləşsin. Həmçinin də mümkündür ki, partiyalar özü birləşsin. Məqsəd odur ki, müxalifət düşərgəsində obyektiv reallıqları ortaya qoyan qüvvə, mahiyyət etibarilə yeni birlik yaradılsın. Bizim üçün "Azadlıq" blokunun, ADP-nin, Vəhdət Partiyasının, Ana Vətən Partiyasının yürütdüyü siyasi xətt məqbul deyil. Ona görə də biz xarici qüvvələrin, həmçinin hakimiyyətin nəzarətində olmayan, milli maraqlardan çıxış edən birliyi yaratmaq istəyirik"-deyə Ə.Oruc qeyd edib.

Ə.Oruc əlavə edib ki, irili-xırdalı bütün müxalifət pariyaları ayrı-ayrılıqda hakimiyyətin siyasətinə heç bir təsir göstərə bilmir, faktiki olaraq qeyri-legitim vəziyyətə düşüblər. Buna görə də yeni mübarizə metodları düşünülməlidir.

Xəbər lenti

Xəbər lenti