...

BMT-nin Azərbaycandakı işlərinin yekununu nümayəndəliyin başçısı bir neçə kateqoriyaya bölüb

Siyasət Materials 2 Fevral 2007 15:43 (UTC +04:00)

BMT-nin Azərbaycanda həyata keçirdiyi əsas layihələr ölkədə yoxsulluq səviyyəsinin azaldılması məsələsinə aid layihələr olub. BMT-nin Bakı ofisinin başçısı Marko Borsoti belə deyib.

Eyni zamanda BMT təqaüd fondu və AR Əmək Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi sahəsində işlər görüb.

Bundan başqa, BMT informasiya texnologiyalarının inkişafında fəal şəkildə iştirak edib. Dövlət Gömrük Komitəsində, Prezident aparatında yeni informasiya texnologiyaları yaradılıb, həmçinin korların da informasiya texnologiyalarından istifadə edə bilməsi üçün bir sıra işlər həyata keçirilib.

BMT bir sıra tədbirlərin həyata keçirilməsi, Xəzər bölgəsi ölkələri arasında ekologiya sahəsində əməkdaşlığın gücləndirilməsi üçün Ekologiya Nazirliyi ilə də sıx əməkdaşlıq edib. Borsoti qeyd edib ki, o, ölkəyə gələrkən burada qan bankına dair ciddi problem mövcud idi, bu sahədə boşluqlar müşahidə olunurdu, qanın təhlükəsizliyinin təmin olunması üzrə işlər həyata keçirilmirdi. Lakin BMT Norveç hökuməti ilə birgə təhlükəsizliyə zəmanət verən və Azərbaycanın bütün ərazisində qanla yoluxmağın qarşısını almaq üçün yeni sistem elan edib.

Bundan başqa, dvölət idarəetməsi sahəsində işlər görülüb, BMT Ədliyyə Nazirliyi ilə islahatlar haqqında razılaşıb və bu islahatlar nazirlikdə qeydiyyat prosedurunu xeyli asanlaşdıracaq.

Xəbər lenti

Xəbər lenti