...

Səfir: Naxçıvan MR və İran arasında vizasız rejim fəaliyyət göstərəcək

Siyasət Materials 3 Fevral 2007 15:20 (UTC +04:00)
Səfir: Naxçıvan MR və İran arasında vizasız rejim fəaliyyət göstərəcək

Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov şənbə günü Trend ə bilirib ki, bu gün Tehran şəhər aeroportunda Azərbaycan vətəndaşlarına bir həftəlik vizalar verilir, müddətinin uzadılması isə qanunla qadağan edilir.

Onun sözlərinə görə, bu səbəbdən İrana səfər planlaşdıran Azərbaycan vətəndaşları bütün işlərini həmin müddət ərzində həll etməlidirlər.

O bilirib: "Ölkələr arasında viza sahəsində heç bir problem yoxdur, lakin ziyarətçi səhhəti ilə bağlı və ya başqa bir oybektiv səbəblər üzündən ölkəni 7 gün ərzində tərk edə bilmədikdə çətinliklər yaranır".

Səfir bildirib ki, bu gün ölkələr arasında viza alınmasını sadələşdirən yeni sənəd hazırlanıb və bu istiqamətdə işlər artıq yekunlaşıb.

A.Həsənov deyib: "Məlumat üçün bildirim ki, yaxın vaxtlarda İranla Naxçıvan Muxtar Respublikası arasında vizasız rejim fəaliyyət göstərməyə başlayacaq".

Xəbər lenti

Xəbər lenti