...

Reytinq – Gürcüstanın uğurları çox şeydə Azərbaycanla münasibətlərindən asılı olacaq

Siyasət Materials 12 Fevral 2007 15:28 (UTC +04:00)

Gürcüstan sakinləri Azərbaycanla münasibətləri Gürcüstanın uğurlu inkişafı üçün mühüm sayır. Həftəlik "Kviris palitra"nın 468 respodent arasında apardığı sorğu nəticəsində 6,06 faiz göstərici ilə Azərbaycan üçüncü yeri tutub.

Trend in Tbilisi müxbiri xəbər verir ki, reytinq maksimum müsbət və mənfi göstəricilərin müqayisəsi nəticəsində tərtib edilib. Soruşulanların 62 faizi Gürcüstanın uğurunun çox şeydə ABŞ-la yaxşı münasibətlərdən asılı olduğunu bildirib. İkinci yerdə 6,89 göstərici ilə Ukrayna durur. Dördüncü yerdə isə 6,0 göstərici ilə Rusiya durur.

Lakin qeyd etmək lazımdır ki, sorğu nəticəsində 26 faiz respondentlər ABŞ-dan sonra ikinci yerdə Rusiyanın adını çəkib. Gürcülər hesab edir ki, Rusiya ilə dostluq Gürcüstan üçün əlverişlidir, lakin Rusiya çox sayda mənfi xallar alıb ki, bu da onu dördüncü yerdə qərarlaşdırıb. Gürcüstanda həmçinin Türkiyə və Baltika ölkələri ilə dostluq münasibətləri də yüksək qiymətləndirilir, onlar 5-ci və 6-cı yerləri tutub. Bu siyahının sonunda Ermənistan qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti