...

Azərbaycan-Belarus hökumətlərarası komissiyasının dördüncü iclası hazırlanır

Siyasət Materials 15 Fevral 2007 17:13 (UTC +04:00)

İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Belarus hökumətlərarası komissiyasının dördüncü iclası hazırlanır. Bu barədə Trend ə Belarusun Azərbaycandakı səfirliyinin müşaviri Kirill Kamışev məlumat verib.

Hazırda tərəflər komissiyanın 2006-cı ilin may ayında Minskdə keçirilmiş əvvəlki toplantısının qərarlarının yekunlarını nəzərdən keçirirlər. Növbəti iclasda tərəflər iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etməyi, Azərbaycan prezidentinin Belarusa rəsmi səfəri zamanı imzalanmış iki ölkənin iqtisadi əməkdaşlıq haqqında müqaviləsinin 2015-ci ilə qədər reallaşdırılması məsələlərinə baxmağı planlaşdırırlar.

Ticari-iqtisadi əlaqələrin gələcək inkişafı üçün bu il Azərbaycanda Belarusun Milli sərgisinin və ikinci Azərbaycan-Belarus biznes-forumunun keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti