...

Almaniyanın XİN başçısı: AB enerji resurslarını ixrac edən ölkə kimi Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

Siyasət Materials 19 Fevral 2007 11:54 (UTC +04:00)
Almaniyanın XİN başçısı: AB enerji resurslarını ixrac edən ölkə kimi Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

Avropa Birliyi (AB) enerji resurslarını ixrac edən ölkə kimi Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. Trend xəbər verir ki, bu barədə bu gün Almaniyanın XİN başçısı Frank-Valter Ştaynmayer azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqların yekunu üzrə Bakıda keçirilən brifinqdə bəyan edib.

XİN başçısı bildirib ki, Almaniya AB-də sədrliyi çərçivəsində Yeni Qonşuluq Siyasəti çərçivəsində Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığın fəallaşdırılması üçün əlindən gələni etmək niyyətindədir.

Qonağın bildirdiyi kimi, E.Məmmədyarovla danışıqlarda ikitərəfli əməkdaşlıq məsələlərinə toxunulub. Almaniyanın xarici siyasət idarəsinin başçısı Azərbaycanda iqtisadi və demokratik sahədə aparılan islahatları yüksək qiymətləndirib və onların "hüquqi dövlətin yaradılması və demokratiyanın inkişafı üçün mühüm olduğunu" bildirib.

Azərbaycanın xarici işlər naziri brifinqdə bildirib ki, danışıqlarda enerji əməkdaşlığı məsələlərinə, regional problemlərə, Ermənistan -Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə və ikitərəfli əməkdaşlığın inkişafı məsələlərinə xüsusi diqqət verilib.

Tərəflər həmçinin 2008-ci ilin Almaniyada Azərbaycanın Mədəniyyət İli elan olunması ilə bağlı məsələləri də müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti