...

Azərbaycan prezidenti, Sloveniya baş naziri, Malaziyanın sabiq baş naziri və İKT baş katibi Bakıda görüşəcəklər

Siyasət Materials 20 Fevral 2007 13:03 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev, Malaziyanın sabiq baş naziri Mahathir Məhəmməd, İslam Konfransı Təşkilatının (İKT) baş katibi Ekmələddin İhsanoğlu və Sloveniyanın baş naziri Dmitri Rupel aprelin 26-27-də Bakıda "Dözümlülük və qarşılıqlı anlaşmanın inkişafında kütləvi informasiya vasitələrinin rolu" mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində görüşəcəklər. Bu barədə Trend ə Azərbaycan Xarici İşlər Nazirliyindən bildiriblər.

Tədbirdə həmçinin bir çox beynəlxalq təşkilat, nüfuzlu KİV və QHT nümayəndələri, dinlərarası və mədəniyyətlərarası əlaqələr sahəsində məşğul olan rəmi şəxslər və mütəxəssislər iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti