Azərbaycan, Bakı / Trend müxbir S.Babayeva / Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Moskva ətrafında "quş qripi"nin Azərbaycandan gətirilmiş ekzotik quşlar vasitəsilə yayılması ehtimalı barədə Rusiya tərəfinin bəyanatlarını təkzib edi b. Bu barədə şənbə günü dövlət xidmətindən məlumat verilib.
"Bu bəyanatların heç bir əsası yoxdur. Azərbaycandan Rusiyaya heç bir ekzotik quşlar aparılmır və ən əsası budur ki, Azərbaycanda "quş qripi" yoxdur", - deyə Dövlət xidmətindən bildirilib.
"Bizə indiyədək aydın deyil ki, onlar hansı əsaslarla bunu sübut etməyə çalışırlar", - deyə dövdət xidmətində qeyd edilib.
Virusun Azərbaycana daxil olmasının qarşısının alınması üçün ölkənin bütün baytar sərhəd məntəqələri gücləndirilmiş rejimdə işləyir, ölkədə çöl quşlarının ovu, satışı və istifadəsinə qoyulan qadağa qüvvədə qalır, dövlət xidmətinin, Ekologiya, Səhiyyə Nazirliklərinin və Ovçular cəmiyyətinin nümayəndələrinin iştirakı ilə mütəmadi olaraq monitorinqlər keçirilir.