...

Azərbaycan - Türkiyə hərbi əməkdaşlığının inkişafı barədə sənəd imzalanıb

Siyasət Materials 26 Fevral 2007 20:56 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend Z.İbrahimxəlilova/26 fevral tarixində Bakıda Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişafı barədə sənəd imzalanıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Sənədlər Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının ikinci rəhbəri Erkin Sayqunun rəsmi səfəri çərçivəsində imzalanıb. Azərbaycan müdafiə naziri polkovnik-leytenant Səfər Əbiyevlə görüşdə qeyd olunub ki, Türkiyə bütün sahələrdə olduğu kimi, hərbi sahədə də Azərbaycana lazımi yardımı göstərəcək. Görüşdə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının cari vəziyyəti və perspektivlər müzakirə olunub.

S.Əbiyev qonağı NATO ilə əməkdaşlıq planları, Cənubi Qafqazda siyasi vəziyyət və Ermənistan tərəfindən respublitkamızın torpaqlarının işğalı haqqında məlumatlandırıb.

Xəbər lenti

Xəbər lenti