...

Gəncə şəhər İcra Hakimiyyəti aparatında ötən ilin nəticələrinə həsr olunan hesabat tədbiri keçirilib

Siyasət Materials 28 Fevral 2007 17:38 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncə şəhər İcra Hakimiyyəti aparatı ötən ilin nəticələrinə həsr olunan hesabat tədbiri keçirib. Trend in Qərb Bürosunun verdiyi məlumata görə, Prezident aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun və aparatın əməkdaşı Canpolad Musayevin iştirakı ilə təşkil olunan hesabat tədbiri ötən illərdəkindən fərqli olub.

Belə ki, tədbirin əvvəlində Gəncə şəhər İcra Hakimiyyətinin 2006-cı ildəki fəaliyyətini əks etdirən 30 dəqiqəlik sənədli film təqdim olundu. Sonra İcra Başçısının müavini İlham Əliyev ötən ilin yekunlarına həsr olunan hesabat mətnin iştirakçıların diqqəttinə çatdırıb.

İcra başçısı Eldar Əzizov qeyd edib ki, ötən illərin hesabat yığıncaqlarından fərqli olaraq bu il edilən məruzənin mətni əvvəlcə idarə və müəssələrə göndərilib və iradlar bildirilən səlyahiyyətli orqanların nümayəndələri işitrakçılar qarışısında açıqlama verəcəklər.

Hesabat yığıncağında bildirilib ki, ötən il Gəncə üçün çox əhəmiyyətli olub. Belə ki, 2006-cı ildə bir sıra yeni istehsal müəssisələri fəaliyyətə başlayıb və şəhərdə bir sıra layihələr həyata keçirilib.

İcra Basçısı Eldar Əzizov ötən il sahibkarlara fəaliyyət göstərmək üçün geniş şərait yaradıldığını bildirib və əlavə edib ki, sahibkarlar arasında aparılan sorğudan məlum olub ki, onların fəaliyyətinə daha çox müdaxilə edən qurum Vergi idarəsidir. İcra başçısı məsələ ilə bağlı araşdırma aparıldığını bildirib.

Yığıncaqda həmçinin nəqliyyat sisteminin də bərbad vəziyyətdə olduğu barədə söhbətlər aparıldı. 1 saylı Nəqliyyat Departamentinin sədri Şəmistan Nağıyevə İcra başçısı Eldar Əzizov tərəfindən sonuncu dəfə xəbərdarlıq edilib. İcra başçısı qeyd edib ki, əgər şəhərin nəqliyyat sistemində olan problemlər 1 ay müddətində həllini tapmazsa, Ş. Nağıyevin barəsində ciddi tədbir görüləcək.

Tədbirdə şəhərin müxtəlif idarə və müəssələrinin rəhbərləri gördükləri işlər barədə məruzə ediblər.

Bundan başqa tədbir iştirakçıları açıq mikrafon vasitəsilə üzləşdikləri çətinliklər barədə də məlumat veriblər.

Xəbər lenti

Xəbər lenti