...

Polşa Azərbaycanla enerji təchizatı barədə dialoq aparır

Siyasət Materials 1 Mart 2007 14:30 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend E.Hüseynov/Polşa Azərbaycanla neft və qazın təchizatı ilə bağlı məsləhətləşmələr aparır. Bu barədə bu gün Polşa XİN rəhbəri Anna Fotıqa Azərbaycan XİN-də keçirilmiş danışıqların yekununa həsr olunmuş brifinqdə bəyan edib.

Onun sözlərinə görə, Polşa hökumətinin gündəliyində enerji mənbələrinin diversifikasiyası və öz enerji təhlükəsizliyini təmin etmək məsələsi durur. İndiyə qədər Polşa bu məsələ ilə bağlı Rusiya ilə əməkdaşlıq edib. Lakin hazırda Azərbaycan, Ukrayna və Qazaxıstanla danışıqlar aparır. A.Fotıqa əlavə edib ki, Polşanın neft və qazla təchizatı barədə məsələlər müzakirə edilir. Bununla belə nazir vurğulayıb ki, bu məsələ siyasi və texniki aspektə malikdir.

Xəbər lenti

Xəbər lenti