...

E.Məmmədyarov: "Rəsmi Bakı Azərbaycan və Ermənistan XİN başçılarının Cenevrədə görüşünə razıdır"

Siyasət Materials 1 Mart 2007 19:53 (UTC +04:00)
E.Məmmədyarov: "Rəsmi Bakı Azərbaycan və Ermənistan XİN başçılarının Cenevrədə görüşünə razıdır"

Qazaxstan, Astana, Trend K.Konırova/ Azərbaycanın xarici işlər naziri E.Məmmədyarovla Trend in xüsusi müxbirinin müsahibəsi

- Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü nə vaxt və harda baş tutacaq? Görüş hansı formatda keçiriləcək və hası suallar müzakirə olunacaq?

- Söhbət ondan gedir ki ATƏT-in Minsk qrupunun həmsədrləri martın 13-14-də Cenevrədə görüşməyi təklif ediblər. Azərbaycan tərəfi buna razılıq verib, Ermənistanın mövqeyi isə mənə bəlli deyil və mən bu haqda danışa bilmərəm. Ola bilər ki Ermənistan XİN başçısı mənimlə görüşə razılıq verməsin və buna görə də indidən demək çətindir ki nələri müzakirə edəcəyik.

Biz görüşü "Paris" formatında keçirməyi planlaşdırırıq. Azərbaycanın ərazi bütövlüyü müzakirə predmeti deyil. Hazırda biz məsələnin mərhələli həllindən danışırıq, problemli məsələləri isə kənara qoyuruq. Müzakirə olunana məsələlər sırasına işğal olunmuş ərazilərdən erməni hərbi birləşmələrinin çıxarılması, azərbaycanlılırın geri qaytarılması, ərazilərin minalardan təmizlənməsi, infrastrukturun bərpa olunması, iqtisadi əməkdaşlıq daxildir. Əgər bütün bu məsələləri kənara qoysaq birinci məsələ Dağlıq Qarabağın Azərbaycanın tərkibində siyasi statusunun müəyyənləşdirilməsidir. Ancaq əsas məsələ azərbaycanlı əhalinini geri qayıtmasıdır, bundan sonra onlar birgə müəyyən edəcəklər Dağlıq Qarabağın Statusunu, Azərbaycanın tərkibində muxtar vilayət olacaq yoxsa respublika.

- Dağlıq Qarabağ münaqişəsinin həlli nə qədər müddətə uzana bilər?

- Yaxşı sualdır. Münaqişənin xarakterini nəzərə alsaq biz bu məsələni sıçrayışla həll edə bilmərik. Burda söhbət bir, yaxud iki ildən getmir. Əsas məsələ odur ki, xalqlar arasında bir-birlərinə qarşı inam yaransın. Hələ də Azərbaycanda və Ermənistanda bu məsələyə qeyri sağlam yanaşma mövcuddur. Müəyyən zamana ehtiyac var ki, inam yaransın, bizim başqa çıxış yolumuz yoxdur. Biz qonşu xalqlarıq və sülh yolunu tapmalıyıq. Mən pessimist olmaq istəmirəm, amma müharibə variantı nə sülhə, nə də də başqa yaxşı bir nəticəyə gətirməyəcək.

- NATO ilə fərdi əməkdaşlıq planı çərçivəsində (IPAP) sizin Brüsselə səfəriniz gözlənilir. NATO ilə əməkdaşlığın yeni səviyyəsi və səfərin məqsədləri haqqında nə deyə bilərsiniz?

Artıq iki ildir ki biz IPAP üzrə çalışırıq. İlk dəfə bu sənədi Prezident Brüsselə səfəri zamanı təqdim etdi və imzaladı. Baş nazirin birinci müavininin rəhbərliyi ilə hökumətlərarası komissiya yaradılıb. Mənim Brüsselə səfərimdə məqsəd bu aralıq dövrdə bizim fəaliyyətimizin düzgün istiqamətdə olub-olmaması barədə müzakirələr aparmaqdır.

NATO ilə əməkdaşlıq böyük təcrubədir. Biz NATO-da olan standartları mənimsəyirik. Bunlar bizim üçün maraqlıdı. Həmçinin siyasi məsələlərə də nəzər yetiriləcək. Biz öz regionumuzda təhlükəsizliyimizi necə qururuq və tərəfdaşlarımızın buna münasibəti bizim üçün mühümdür.

- Məlumdur ki, Moskva Bakının NATO və ABŞ-la hərbi əməkdaşlığının fəallaşmasından narahatdır. NATO hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi nə qədər realdır?

- Hərbi bazaların yerləşdirilməsi məsələsi mümkünsüzdür, çünki bu bizim qanunvericiliyimizə ziddir. İkincisi isə biz təhlükəsizliyimizi öz qüvvələrimiz hesabına təmin etməyin tərəfdarıyıq.

Biz regional liderliyri öz üzərimizə götürmüşük və çalışırıq ki, ordudu bu tələblərə cavab vepsin. Bu gün hərbi büdcəmiz Ermənistanın dövlət büdcəsinə bərabərləşdirilib. Təbii ki bütün pullar silahlanmaya gedir və hökumət bu məsələyə çox əhəmiyyət verir.

Sualınızın birinci hissəsinə qayıdsaq, Azərbaycan öz milli maraqlarından çıxış edərək NATO və ABŞ-la qarşılıqlı əlaqələrini qurur. Deyə bilmərəm ki bu işlərimizlə keçmiş İttifaq ölkələrini qabaqlayırıq. Bu qurumla olan əlaqələrimiz gizli deyil. Biz NATO-nun Əfqanıstanda və Kosovodakı əməliyyatlarında iştirak edirik. Belə bir təşkilat tərəfindən təklif edilən təcrübədən imtina etmək ağılsızlıq və günah olardı.

- Bu gün Azərbaycan öz tranzit ərazisindən istifadə edərək Qərbə inteqrasiya yolunu tutub. Ancaq bəzi ekspertlərin mülahizələrinə görə Azərbaycanın Qərblə strateji əməkdaşlıq etməsi yaxın qonşularının xoşuna gəlmir.

- Xüsusi olaraq qeyd etmək istəyirəm ki Azərbaycanın xarici siyasəti bizim milli maraqlarımızı nəzərə almaqla hazırlanır. Bəli, inkar etmirəm ki prioritetlərimizdən biri Qərblə, Avropanın siyasi qurumları ilə əməkdaşlığın genişləndirilməsidir. Ancaq eyni zamanda biz hamı ilə bərabər əlaqələrin qurulmasına çalışırıq. Rusiya böyük qonşumuz və eyni zamanda Qafqaz ölkəsidir. Bizim qarşılıqlı əməkdaşlıcğımız bərabər hüquqlu münasibətlərə söykənir.

- Bəzi politoloqlar iddia edir ki, Rusiya ilə əlaqələr pisləşib.

- Mən belə deməzdim. Rusiyada kifayət qədər çox azərbaycanlı yaşayır. Ötən il mal dövriyyəsi 1 mlrd. dollara çatıb. Ölkələrin hər birinin öz maraqları var. Eyni zamanda Rusiya əməkdaşlıq üçün böyük bazardır. Bakı - Novorossiysk kəməri buna misal ola bilər.

Ölkələr arasında müəyyən problemlər olur, bunları isə danışıqlarla həll etmək mümkündür.

Bizim cənub qonşumuz İranla münasibətlərə gəldikdə isə deyə bilərəm ki bu ölkədə xeyli sayda azərbaycanlı yaşayır. Hətta Azərbaycan Respublikasından da çox, üstəlik erməni işğalı nəticəsində biz 300 min vətəndaşımızın yaşadığı Naxçıvanla da əlaqəni yalnız İran vasitəsi ilə saxlayırıq. Biz çalışırıq ki, qonşularımızla əlaqələrimizi yaxşı quraq.

Xəbər lenti

Xəbər lenti