...

Azərbaycan bu gün raketdən müdafiə sisteminin quraşdırlması ilə bağlı məsələni nəzərdən keçirmir

Siyasət Materials 5 Mart 2007 21:01 (UTC +04:00)
Azərbaycan bu gün raketdən müdafiə sisteminin quraşdırlması ilə bağlı məsələni nəzərdən keçirmir

Azərbaycan, Bakı/ Trend müxbir S.İlhamqızı/ Azərbaycan bu gün Amerika Birləşmiş Ştatları tərfindən raketdən müdafiə sisteminin quraşdırlması ilə bağlı məsələni nəzərdən keçirmir. Bu haqda jurnalistlərə bu gün Prezidentin İcra Aparatının xarici siyasət şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

O bu məsələnin ölkənin milli maraqlarına nə dərəcədə cavab verdiyini isə şərh etməyib.

Öz növbəsində Rusiyanın Azərbayacandakı səfiri Vasili İstiratov bu məsələni şərh etməyin çətinliyini bildirib. "Hələ ki, Amerikanın raketdən müadafiə sisteminin hansı ölkədə quraşdırılacağı barədə konkret qərar yoxdur. Biz hesab etmirik ki, bu, Rusiyaya qarşı atılacaq addımdır, yox, əgər bu, Rusiyaya qarşı yönələcəksə biz müvafiq yolla bu məsələyə cavab verəcəyik",-deyə rusiyalı diplomat bildirib.

Səfirin fikrincə, raketdən müdafiə sistemi başqa məqsədlərə yönəldilib. "Anacaq biz diqqətlə bu məsələni izləyəcəyik",-deyə Vasili İstiratov əlavə edib.

Xəbər lenti

Xəbər lenti