...

Enerjidaşıyıcıların qiymətlərinin artırılmasından sonra yaranmış vəziyyət parlamentdə müzakirə olunacaq

Siyasət Materials 6 Mart 2007 14:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Hökümət Milli Məclisə hesabat verərkən enerjidaşıyıcıların qiymətlərinin artırılmasından sonra yaranmış vəziyyət ciddi şəkildə müzakirə olunacaq. Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, hökümətin 2006-cı ilin sosial - iqtisadi yekunları ilə bağlı hesabatında bu məsələyə geniş yer verilib.

Deputat Pənah Hüseyn isə təklif edib ki, bu məsələ qanunverici orqanın ayrıca iclasında müzakirə olunsun. O qeyd edib ki, enerjidaşıyıcıların qiymətinin artırılmasından sonra yerlərdə gərgin vəziyyət yaranıb. Abunəçilərdən yığılan vəsaitlərin həcmi aşağı düşüb.

Deputat İqbal Ağazadə isə deyib ki, enerjidaşıyıcıların qiymətinə yenidən baxılması zəruridir.

Xəbər lenti

Xəbər lenti