...

Kiyevdə GUAM Parlament Assambleyasının Siyasi və hüquqi məsələlər üzrə Komitəsinin iclası keçiriləcək

Siyasət Materials 12 Mart 2007 20:33 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Martın 13-dən 15-dək Kiyevdə GUAM Parlament Assambleyasının Siyasi və hüquqi məsələlər üzrə Komitəsinin növbəti iclası keçiriləcək. Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

İclasda millət vəkilləri Mirkazım Kazımov və Elman Məmmədov iştirak edəcəklər.

Tədbirdə "GUAM-a üzv dövlətlərin ərazisində mövcud olan münaqişələrin sülh yolu ilə tənzimlənməsi və aqressiv separatizm ilə mübarizəyə dair tədbirlər sistemi" mövzusunda müzakirələr keçiriləcək, qətnamə qəbul ediləcək.

Məsələ ilə bağlı deputatlarımız Azərbaycan tərəfinin mövqeyini bildirəcək, öz qeyd və təkliflərini verəcəklər. Təkliflərdə regional münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində həlli, o cümlədən işğalçıların Azərbaycan ərazilərindən çıxarılması, qaçqın və məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıtması üçün lazımi şəraitin yaradılması ilə bağlı məsələlər öz əksini tapacaq.

Xəbər lenti

Xəbər lenti