...

Azərbaycan və Ermənistan XİN rəhbərləri apreldə danışıqları davam etdirmək barədə razılığa gəliblər

Siyasət Materials 14 Mart 2007 16:38 (UTC +04:00)
Azərbaycan və Ermənistan XİN rəhbərləri apreldə danışıqları davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan,Bakı/müxbir " S.Ağayeva/Azərbaycan və Ermənistan xarici işlər nazirlər0i Elmar Məmmədyarov və Vardan Oskanyanın növbəti görüşü aprel ayında keçiriləcək. Bu razılıq Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Cenevrədəki bu günkü görüşündə əldə olunub. Bu barədə Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim məlumat verib.

Görüşdə ATƏT Minsk qrupunun həmsədrləri, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak edib. Tərəflər mövqelərini ifadə edib, həmsədrlər nazirlərin qrafikini nəzərə almaqla növbəti görüşü razılaşdıracaq, - Azərbaycan XİN nümayəndəsi məlumat verib.

Xəbər lenti

Xəbər lenti