...

ADP gələn ilki prezident seçkisində iştirak edəcək

Siyasət Materials 15 Mart 2007 12:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Demokrat Partiyası (ADP) 2008-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək. Bu barədə ADP-nin 9-cu qurultayına hazırlıq üzrə təşkilat komitəsinin sədri Sərdar Cəlaloğlu açıqlama verib.

Cəlaloğlu qeyd edib ki, partiya iqtidara qarşı konstruktiv müxalifətçilik mövqeyi tutsa da, gələn ilki seçkilərdə hakim partiya ilə bir koalisiyada olmayacaq. "Müxalifət partiyası olduğumuzdan iqtidarın namizədini dəstəkləməyimiz mümkün olmayacaq. Ona görə də müxalifəti təmsil edən real namizədlər arasında siyasi konsepsiyası bizi qane edən şəxsi dəstəkləyə bilərik"-Cəlaloğu belə deyib.

ADP radikal müxalifətçilik siyasətini dəyişərək iqtidara münasibətdə konstruktivlik və siyasi dialoq kursunu qəbul edib. Bundan sonra partiyada parçalanma baş verib və ADP keçmiş sədr Rəsul Quliyevlə S.Cəlaloğlunun tərəfdarlarına bölünüb.

Xəbər lenti

Xəbər lenti