...

Azərbaycan prezidenti İlham Əliyev Moskvada qeyri-rəsmi səfərdədir

Siyasət Materials 27 Mart 2007 18:09 (UTC +04:00)

Rusiya, Moskva/ Trend müxbir R.Ağayev/ Martın 27-də dünya şöhrətli musiqiçi və ictimai xadim, məşhur bakılı Mstislav Rastrapoviçin 80 illik yubiley mərasimində iştirak etmək üçün Azərbaycan prezidenti İlham Əliyev xanımı ilə Moskvaya gəlib. Bu barədə Trend in xüsusi müxbirinə Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Vnukovo" Hava Limanında dövlət başçısını Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycanın Rusiyadakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu , Azərbaycanın Fransadakı Fövqəladə və Səlahiyyətli səfiri Tarik Əliyev, RF XİN-in 4-cü departamentinin rəhbəri Andrey Kelin, diaspor nümayəndələri və digər rəsmi şəxslər qarşılayıblar.

Xəbər lenti

Xəbər lenti