...

Muxalif partiya İran səfirliyi qarşısında növbəti etiraz aksiyası keçirəcək

Siyasət Materials 29 Mart 2007 15:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) aprelin ikinci yarısında İranın Bakıdakı səfirliyi qarşısında növbəti etiraz aksiyalarını keçirəcək. Bu barədə partiyanın Siyasi Şurasının üzvü Əli Orucov məlumat verib.

Partiyanın mərkəzi qərargahının yerləşdiyi binadan çıxarılması İran səfirliyi qarşısında aksiyalar keçirməsinə mane olmayacaq. AMİP İranda yaşayan azhərbaycanlıların hüquqlarının qorunması, milli hərəkatçılara qarşı təqiblərin dayandırılması tələbləri davam etdirəcək.

AMİP həmçinin Müsavat Partiyasının aprelin 29-da keçirəcəyi yürüş-mitinqdə iştirak

edəcək. AMİP müxalifətin bütün aksiyalarına qatılmağa qərar verib.

Müxalifəti təmsil edən AMİP-in yaradıcısı və lideri Etibar Məmmədovdur. Məmmədov 2003-cü ildə keçirilən prezident seçkilərində prezidentliyə namizəd olub.

Xəbər lenti

Xəbər lenti