...

Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının ali qurumlarına rəhbərlər seçilib

Siyasət Materials 2 Aprel 2007 17:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bazar ertəsi Bakıda Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası (GAMA) Ali Məclisinin ilk iclası kecirilib. Bu barədə GAMA-dan məlumat verilib.

Eyni vaxtda GAMA Mərkəzi Nəzarət Palatasının iclası kecirilib.

15-16 martda Türkiyənin Trabzon şəhərində GAMA-nın dördüncü qurultayı keçirilmiş və yeni Ali Məclis və Mərkəzi Nəzarət Palatası seçilmişdi.

Ali Məclisin iclasında Gürcüstanda yaşayan azərbaycanlıların sosial-iqtisadi problemləri, torpaq islahatının vəziyyəti, azərbaycandilli təhsilin pilləli ləğvinə yönəldilmiş dovlət siyasəti və Borçali bölgəsində suvarma-meliorasiya sisteminin durumu müzakirə edilib.

İclasda GAMA Ali Məclisinin sədri, icracı katibi, Mərkəzi Nəzarət Palatasının başçısı seçilib.

Xəbər lenti

Xəbər lenti