...

RF hökuməti yanında Maliyyə Akademiyasında təntənəli "Azərbaycan mədəniyyəti günü" keçirilib

Siyasət Materials 5 Aprel 2007 12:19 (UTC +04:00)
RF hökuməti yanında Maliyyə Akademiyasında təntənəli "Azərbaycan mədəniyyəti günü" keçirilib

Rusiya,Moskva/müxbir Trend R.Ağayev/Moskvada RF hökuməti yanında Maliyyə Akademiyasında Azərbaycanın mədəniyyət günü keçirilib. Nüfuzlu ali məktəbin foyesində Azərbaycan xəritəsi, mədəniyyət, musiqi, idman, Rusiya ilə qarşılıqlı münasibətlər haqqında stendlərin nümayişi ilə sərgi təşkil olunub. Geniş müxtəlifliklə Azərbaycan məiştənin əntiq əşyaları, gündəlik əşyalar, ev əşyaları, müxtəlif qab-qacaqlar təqdim olunub.

Mərasimin konsert hissəsi həm Maliyyə Akademiyasının azərbaycanlı tələbələri, həmçinin Bakıdan olan qonaqlar təqdim edib. Məhz "Qarabağ bülbülləri", Rusiyanın əməkdar artisti və baletmeyster Elmira Xalıqovanın rəhbərliyi altında "Dostluq" nümunəvi-xoreoqrafik ansamblı tərəfindən təqdim olunub. Həmçinin slaydların nümayişi təşkil olunub.

Mərasim Maliyyə Akademiyasının rektoru Mixail Eskindarov, Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu, həmçinin Maliyyə Akademiyasının prezidenti Alla Qryaznovanın çıxışları ilə yekunlaşıb. Onlar çıxışlarında mərasimin təşkilatçılarına öz minnətdarlıqlarını bildirib. Rektor bu ali məktəbdə 40 millət nümayəndələrinin təhsil aldığı barədə məlumat verib. O, tələbələr arasında azərbaycanlıların olduqca fəal və qabaqcıl olduğunu bildirib. "Azərbaycan güclü və çox sürətlə inkişaf edən dövlətdir. Azərbaycanda ÜDM-in əhəmiyyətli göstəricisinə hətta Rusiya da paxıllıq edə bilər, lakin təəssüf olsun ki, Maliyyə Akademiyasında azərbaycanlı tələbələr biz istədiyimizdən azdır", deyə Mixail Eskindarov bildirib.

Azərbaycan səfiri 21 min tələbə arasında 28 azərbaycanlı tələbənin olmasının həqiqətən azlıq təşkil etməsi fikri ilə razılaşıb. Lakin səfir qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev həmvətənlərimizin xaricdə təhsil almasına təşəbbüs üçün Dövlət Proqramı qəbul edib və buna görə də yaxın gələcəkdə dünya ali məktəblərində, xüsusən də Rusiyanın ali məktəblərində azərbaycanlı tələbələrin sayı əhəmiyyətli dərəcədə artacaq.

Mərasimdə həmçinin Beynəlxalq Münasibətlər üzrə Moskva Dövlət Universitetinin Azərbaycan klubunun prezidenti Leyla Əliyeva da iştirak edib.

Xəbər lenti

Xəbər lenti