...

Azərbaycan Prezidenti Türkiyənin ətraf mühitin mühafizəsi və meşə təsərrüfatı nazirini qəbul edib

Siyasət Materials 6 Aprel 2007 17:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan prezidenti İlham Əliyev cümə günü Türkiyənin ətraf mühitin mühafizəsi və meşə təsərrüfatı naziri Osman Pepeni qəbul edib.

Dövlət başçısı Azərbaycanla Türkiyə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. Bu yaxınlarda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinə toxunan İlham Əliyev vaxtaşırı olaraq belə rəsmi səfərlərin olduğunu, qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar açıldığını bildirib. Azərbaycan prezidenti ölkədə ekologiya sahəsində genişmiqyaslı proqramların həyata keçirildiyini və bu sahədə Azərbaycanla Türkiyənin müvafiq qurumlarının əməkdaşlığının əhəmiyyətini qeyd edib.

Nazir Osman Pepe Azərbaycan-Türkiyə əməkdaşlığının bütün sahələrdə uğurla davam etdirildiyini vurğulayıb. Qonaq ətraf mühitin qorunması sahəsində ölkələr arasında qarşılıqlı surətdə faydalı əməkdaşlığın həyata keçirildiyini bildirib.

Xəbər lenti

Xəbər lenti