...

Belçika və Niderlandın beynəlxalq təşkilatlarının nümayəndələri Bakı konfransında iştirak edəcək

Siyasət Materials 7 Aprel 2007 14:40 (UTC +04:00)

Belçika,Brüssel/müxbir Trend R.Tağıyev/Belçika və Niderlandın beynəlxalq təşkilatlarının nümayəndələri "Tolerantlığın təşviqində və qarşılıqlı anlaşmada KİV-in rolu" beynəlxalq konfransında iştirak edəcək. Trend in Brüselldəki xüsusi müxbirinin məlumatına əsasən, "Avropalı reportyorlar mərkəzi"nin (Niderland) layihə meneceri Qorş Laporte və irqçiliyə qarşı mübarizə üzrə Avropa şəbəkəsinin (Belçika) prezidenti Baski Quraişi 26-28 aprel tarixində konfransda iştirak etmək niyyətindədir.

Forumun işində ümumilikdə 150 şəxsin iştirakı gözlənilir. Onlar arasında ATƏT-in demokratik institutlar və insan haqları üzrə Bürosunun direktoru Kristian Ştroxal, AB-nin ali komissarı Xavyer Solana, mətbuat azadlığı üzrə ATƏT-in xüsusi nümayəndəsi Mikloş Haraşti və başqaları var. Tədbir iştirakçıları arasında Amerika, Avropa, müsəlman dövlətlərinin nümayəndələri, həmçinin CNN, BBC, İTAR-TASS, "Sinxua", "Fiqaro", "Vaşinqton post", "Di Tsayt", "El Pais" və başqa bu kimi dünya KİV-in yüksək vəzifəli əməkdaşları var. Foruma Malayziyanın keçmiş baş naziri Maxatxir Moxamad və Sloveniyanın xarici işlər naziri Dmitri Rupel həmsədrlik edəcək.

Konfransda qarşılıqlı anlaşma, qarşılıqlı anlaşma metodu kimi dözümlülük, dövlət və vətəndaş cəmiyyəti arasında qarşılıqlı anlaşma, təhsil problemləri müzakirə olunacaq.

Konfransın təşkilatçıları Azərbaycan XİN və İslam Konfransı Təşkilatıdır.

Xəbər lenti

Xəbər lenti