...

İTV-nin Yayım Şurasının tərkibində dəyişiklik ediləcəyi gözlənilir

Siyasət Materials 9 Aprel 2007 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli Məclisin aprelin 10-da keçiriləcək iclasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının tərkibində dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsinin müzakirə ediləcəyi gözlənilir. Bu barədə bazar ertəsi Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Bundan başqa iclasda "Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydaları haqqında Əsasnamə", "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında" qanun layihəsi, bəzi qanunevricilik aktlarına əlavə və dəyişikliklər edilməsi, bir neçə dövlət və beynəlxalq təşkilatlarla imzalanmış sazişlərin təsdiq olunmasının müzakirəsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti