...

Müxalifət partiyası Ədliyyə Nazirliyinə müraciət etdi

Siyasət Materials 9 Aprel 2007 18:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi Azərbaycan Demokrat Partiyası (ADP) Ədliyyə Nazirliyinə müraciət ünvanlayıb. Bu barədə bazar ertəsi ADP-dən məlumat verilib.

Müraciətdə "Siyasi partiyalar haqqında" qanunun 14-cü maddəsinə zidd olaraq bir qrup şəxsin ADP adından qeyri-qanuni fəaliyyətinin və qurultay keçirməyə cəhd göstərməsinin qarşısının alınması xahiş edilib.

Müxalifəti təmsil edən ADP-nin siyasi kursunda dəyişiklik edilməsi ilə bağlı qərarından sonra partiya iki yerə - Sərdar Cəlaloğlu və Rəsul Quliyev tərəfdarlarına bölünüb. ADP adına iddia edən R.Quliyevin tərəfdarları aprelin 14-də partiyanın 9-cu qurultayını keçirməyə hazırlaşırlar. Azərbaycanın eks-spikeri Rəsul Quliyev 1996-cı ildən mühacirətdə yaşayır.

Xəbər lenti

Xəbər lenti