...

Səfir: "ABŞ Azərbaycanda mətbuatın vəziyyətindən narahatdır"

Siyasət Materials 11 Aprel 2007 13:46 (UTC +04:00)
Səfir: "ABŞ Azərbaycanda mətbuatın vəziyyətindən narahatdır"

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ ABŞ-ın səfiri Enn Ders çərşənbə günü jurnalistlərə verdiyi açıqlamasında rəsmi Vaşinqtonun Azərbaycanda mətbuatın vəziyyətindən narahat olduğunu bildirib. Səfirin sözlərinə görə, "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı işin açılmaması, ANS telekanalı ətrafında yaranan problem, Xaqani 33 ünvanda yerləşən mətbu orqanlarının köçürülməsi ABŞ hökumətini narahat edir. E.Ders bildirib ki, Azərbaycanda müstəqil və müxalifətyönlü qəzetlərə düşmən mövqe mövcuddur. "Jurnalistlərə əsassız və qərəzli hücumlar olur. ABŞ hökuməti mətbuatın inkişafı üçün Azərbaycana kömək etməyə hazırdır və jurnalistlərin peşəkarlığının artırılması üçün səylərini gücləndirib" - deyə səfir bildirib.

Amerikalı diplomat bütün cəmiyyətlərdə olduğu kimi Azərbaycan cəmiyyətində də məsuliyyətsiz jurnalistlərin olduğunu qeyd edib və hesab edir ki, hər bir jurnalist etik norma və obyektivliyi qorumalıdır. Səfir ümid edir ki, Azərbaycanda jurnalistlər peşəkarlığını artırdıqca, media azadlığı inkişaf edəcək.

Xəbər lenti

Xəbər lenti