...

Azərbaycan müxalifəti AŞPA-ya təqdim etmək üçün sənəd hazırlayır

Siyasət Materials 12 Aprel 2007 15:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan müxalifəti, hüquq müdafiəçiləri Avropa Şurası Parlament Assambleyasına təqdim olunması üçün sənəd hazırlayır. Bu barədə Müsavat Partiyasının başqanı İsa Qəmbər cümə axşamı açıqlama verib.

Onun sözlərinə görə, AŞPA-nın aprelin 16-da başlayacaq sessiyasında iştirak etmək üçün Azərbaycandan geniş nümayəndə heyəti gedəcək. Azərbaycan müxalifətini, ictimai qurumları təmsil edən bu nümayəndələr ölkədəki mövcud ictimai-siyasi durumu, insan haqlarına dair vəziyyəti əks etdirən sənəd təqdim edəcəklər.

AŞPA-nın sessiyasına dəvət edilən Qəmbər bu toplantıya qatılmayacağını, lakin həmin sənədə imza atacağını deyib. Onun sözlərinə görə, sessiyanın ilk günündə - aprelin 16-da Azərbaycanla bağlı dinləmələr aparıldığından və həmin müzakirələrdə yalnız deputatların çıxış etmək imkanı olduğundan Qəmbər sonrakı günlərdə AŞPA-da ayrı-ayrı şəxslərlə görüşlər keçirməyi əhəmiyyətsiz hesab edir.

Xəbər lenti

Xəbər lenti