...

"Azadlıq" blokunun həmsədri: "Azadlıq" bloku Müsavatın mitinqinə qatılmayacaq"

Siyasət Materials 12 Aprel 2007 18:31 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ "Azadlıq" bloku Müsavat Partiyasının aprelin 29-da keçirəcəyi yürüş-mitinqə qoşulmayacaq. Bu barədə cümə axşamı Bakıda "Azadlıq" blokunun həmsədri, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev məlumat verib.

Qeyd edək ki, Müsavat rəhbərliyi 29 aprel aksiyasına qoşulmaq üçün müxalifət partiyalarına müraciət hazırlayıb.

Ə.Əliyev qeyd edib ki, "Azadlıq" blokunda təmsil olunan partiyalar aprelin 29-da keçiriləcək aksiyanın təşkilatçılığında iştirak etmir: "Ona görə də bizim Müsavatın təşkil etdiyi yürüş-mitinqə qatılmağımız mümkün deyil."

O qeyd edib ki, bununla yanaşı, blok öz tərəfdarlarına aksiyaya qatılmağı qadağan etməyiblər.

Ə.Əliyevin fikrincə, Müsavat Partiyası aksiyaların keçirilməsi ilə bağlı mövqeyinə yenidən baxmalıdır.

"Çünki onların təşkil etdikləri bir neçə aksiyada az adamın iştirak etməsi də onu göstərir ki, əhali hətta ən aktual tələblərlə keçirilən aksiyalara belə qatılmağa o qədər də həvəs göstərmir", -deyə "Azadlıq" blokunun həmsədri vurğulayıb.

Qeyd edək ki, "Azadlıq" blokunda 3 müxalifət partiyası- Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal, Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti