...

Azərbaycan prezidenti Rusiya Həmvətənlər Cəmiyyətinin nümayəndələrini qəbul edib

Siyasət Materials 12 Aprel 2007 21:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir P.Əmircanov/ Azərbaycan prezidenti İlham Əliyev Cənubi Qafqazdakı Rusiya Həmvətənlər Cəmiyyətinin Bakıda keçirilən regional konfransının iştirakçılarını qəbul edib. Bu barədə Trend AzTV-yə istinadən xəbər verir.

Azərbaycan prezidenti Azərbaycanda milli azlıqların, o cümlədən rus icmasının hüquqlarının qorunması məsələsinin dövlətin diqqət mərkəzində olduğunu, ölkədə tolerantlığın mövcudluğunu bildirib.

Qonaqlar qəbula görə və Azərbaycandakı rus icmasına göstərilən diqqətə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti