...

Azərbaycanın partiyası Gənc Siyasi Liderlərin Beynəlxalq Şəbəkəsində təmsil olunur

Siyasət Materials 13 Aprel 2007 16:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Demokratik İslahatlar Partiyasının Siyasi Şura üzvləri Gənc Siyasi Liderlərin Beynəlxalq Şəbəkəsinin təsis konfransının yekunlarına dair hesabat veriblər. Bu barədə Demokratik İslahatlar Partiyasından (DİP) məlumat verilib.

İstanbulda 16 ölkənin demokratik siyasi partiyalarının rəhbərlərinin iştirakı ilə Gənc Siyasi Liderlərin Beynəlxalq Şəbəkəsi təsis olunub və Demokratik İslahatlar Partiyası da bu şəbəkənin təsisçilərindən biridir. DİP-in Siyasi Şura üzvləri Eldar Cahangirov və Mərdan Əfəndiyev təsis konfransında iştirak ediblər. Konfransda sədarətə seçilən Cahangirov "Demokratik hökumət və beynəlxalq əməkdaşlıq" mövzusunda məruzə ilə çıxış edib. Əfəndiyev isə təşkilatın İqtisadi Komitəsinin üzvü seçilib.

DİP Siyasi Şurasının iclasında həmçinin Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyət, partiya quruculuğu və təşkilati işlərlə bağlı məsələlər müzakirə olunub.

DİP-in sədri Asim Mollazadə Azərbaycan parlamentinin deputatıdır. DİP liberal yönümlü, demokratik dəyərlərə və islahatlara üstünlük verən siyasi kurs yürüdür.

Xəbər lenti

Xəbər lenti