...

AXCP sədri AŞPA-nın sessiyasında iştirak etməyəcək

Siyasət Materials 13 Aprel 2007 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Avropa Şurası Parlament Assambleyasının (AŞPA) aprelin 16-dan 20-dək keçiriləcək sessiyasında iştirak edə bilməyəcək. Bu barədə Ə.Kərimlinin cümə günü yayılan bəyanatında bildirilir.

AXCP sədri xarici pasport ala bilməməsi üzündən Strasburqa gedə bilmir. Partiya sədri bunu özünə qarşı məqsədli şəkildə edilən təzyiş kimi qiymətləndirir. Bəyanatda bildirilir ki, bütün bu qadağaların kökündə siyasi rəqabət mühitinin yaradılmaması dayanır.

Müxalifəti təmsil edən AXCP hazırda "Azadlıq" siyasi blokunun üzvü və həmtəsisçisidir. Partiyanın qurucusu və 2000-ci ilə qədər sədri Azərbaycanın eks-prezidenti, mərhum Əbülfəz Elçibəy olub. 2000-ci ildən indiyədək AXCP-yə keçmiş dövlət katibi, sabiq deputat Əli Kərimli sədrlik edir.

Xəbər lenti

Xəbər lenti