...

Azərbaycan Demokrat Partiyasının şadlıq evində qurultay keçirmək cəhdi baş tutmadı

Siyasət Materials 14 Aprel 2007 11:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizade/ Rəsul Quliyevin rəhbərlik etdiyi Azərbaycan Demokrat Partiyasına "Xəzər" şadlıq evində qurultay keçirmək imkanı verilməyib. Bu barədə ADP rəhbərliyi məlumat verib.

Onlar bildiriblər ki, hüquq-mühafizə orqanlarının şadlıq evinin rəhbərliyinə təzyiq göstərməsi nəticəsində əvvəlcədən müqavilə bağlanmasına baxmayaraq, tədbirin keçirilməsinə imkan verilməyib. ADP rəhbərliyi qurultayı Musavat Partiyasının gərargahında keçirmək qərarına gəlib. Az sonra qurultayın öz işinə başlayacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti