...

Gənclik yaşı 35-dən 29-a endirilir

Siyasət Materials 19 Aprel 2007 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizade/ Azərbaycanın "Gənclər siyasəti haqqında" qanunda dəyişiklik ediləcək və gənclik yaşı 35-dən 29-a endiriləcək. Bu barədə Milli Məclisin Sosial siyasət daimi komissiyasının və Gənclər və İdman Nazirliyinin cümə axşamı birgə keçirilən iclasında məlumat verilib.

Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəğli bildirib ki, gənclik yaşının 35 olması dünya standartlarına uyğun deyil və bir sıra problemlər yaradır. Ona görə də gənclik yaşını BMT-də qəbul edilən standarta uyğunlaşdırmaq 35-dən 29-a endirmək qərarına gəlinib. "Bundan sonra 14-29 yaş arası gənclik yaşı kimi qəbul ediləcək".

Komissiya sədri vurğulayıb ki, gənc ailələrin ipoteka krediti almasını təmin etmək üçün gənc ailə yaşı 35 yaş olaraq qalacaq. Yaşı 35-dən artıq olmayan gənclər nigaha girəndə həmin ailə gənc ailə hesab olunacaq.

Qanunda edilən mühüm dəyişikliklərdən biri də ondan ibarətdir ki, dövlət orqanlarında və bələdiyyələrdə işləyən gənclər hərbi xidmətə çağırılarsa, qayıtdıqdan sonra öz işlərinə bərpa olunacaqlar. H.Rəcəbli qeyd edib ki, bu məsələni özəl sektorda çalışanlara da tətbiq etmək üçün həmkarlar ittifaqları və işəgötürənlərlə müzakirələr aparılır. Qanuna edilən dəyişikliyə əsasən, Azərbaycanın bütün rayonlarında gənclər evləri inşa olunmalıdır.

Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, gənclərlə bağlı qanunda dəyişikliklər edilməsi vacibdir və onlar təklif olunan dəyişiklikləri dəstəkləyirlər. Sonda qərara alındı ki, layihə parlamentdə müzakirəyə çıxarılsın.

Xəbər lenti

Xəbər lenti