...

MDB ekspertləri əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Şura iclasının gündəliyini hazırlayacaq

Siyasət Materials 19 Aprel 2007 17:44 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/MDB ölkələri ekspertlərinin işçi qrupunun 19-20 aprel tarixdə Minskdə keçiriləcək ikigünlük iclasında MDB iştirakçı dövlətlərinin daha gərgin sosial problemlərin həllində qarşlıqlı münasibətlərin genişləndirilməsi üzrə tədbirlər planı layihəsi nəzərdən keçiriləcək. İclasın gündəliyində tədbirlər planının 21-22 iyunda Düşənbədə iclası keçiriləcək MDB iştirakçı dövlətlərinin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məsləhət Şurasına təqdim olunması üçün razılaşdırılması nəzərdə tutulub. Bu barədə cümə axşamı MDB-nin İcra Komitəsindən məlumat verilib.

İşçi qrupun iclasında Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan və Ukrayna nümayəndələri iştirak edir. İşçi qrup MDB iştirakçı dövlətlərinin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məsləhət Şurasının 12 dekabr 2006-cı il tarixdə Moskvada keçirilmiş iclasında yaradılıb.

Xəbər lenti

Xəbər lenti