...

Toni Lloyd: Azərbaycanda müsbət dəyişikliklər olub

Siyasət Materials 20 Aprel 2007 16:32 (UTC +04:00)
Toni Lloyd: Azərbaycanda müsbət dəyişikliklər olub

Fransa, Strasburq/ Trend müxbir E.Məcidli/ Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Toni Lloyd jurnalistlərə verdiyi müsahibədə Azərbaycanda müsbət mənada müəyyən dəyişikliklərin olduğunu bildirib. Andres Herkel ilə bərabər hazırladıqları məruzədə obyektiv olmağa çalışdıqlarını ifadə edən həmməruzəçi, məruzəni hazırlayarkən Azərbaycandakı iqtidar, müxalifət və qeyri-hökümət təşkilatlarının nümayəndəliylə görüşdüklərini qeyd edib.

Avropadaki bir sıra ölkələrdə demokratiyanın və insan hüquqlarının inkişafında müəyyən problemlər və axsamalar olduğunu söyləyən Lloyd, Azərbaycanda da bu məsələlərlə bağlı bəzi problemlərin olduğunu vurğulayıb.

Ümumiyyətlə, Azərbaycanın Avropa Şurasıyla əməksaşlığa verdiyi əhəmiyyətdən razı qaldığını bildirən Lloyd, AŞPA-daki Azərbaycan nümayəndə heyətinin bir sıra məsələlərə konskruktiv yanaşması ilə bağlı da məmnuniyyətini dilə gətirib.

Xəbər lenti

Xəbər lenti