...

Heydər Əliyev Fondunun dəstəyi ilə yeni kitab işıq üzü görüb

Siyasət Materials 20 Aprel 2007 20:42 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/ Heydər Əliyev Fondunun dəstəyi ilə Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu tərəfindən hazırlanmış "Müharibə və tarixi mədəniyyət abidələrimiz" kitabı" çapdan çıxıb. Bu barədə Trend AzTV-yə istinadən xəbər verir. Kitabda Ermənistanın işğalı altında qalan və bir çox hallarda dağıdılmış abidələrimiz haqqında məlumatlar toplanıb.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ön söz yazdığı kitabda işğal altındakı 11 rayonun ərazisində qalan 263 tarixi abidə və 165 ziyarətgah haqda məlumat verilir. Fondun icraçı direktoru Anar Ələkbərov bu tipli tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti