...

Siyasi partiyalar Azərbaycan jurnalistinin həbsi ilə bağlı şərh verir - versiya 2

Siyasət Materials 20 Aprel 2007 20:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ "Gündəlik Azərbaycan" və "Realnıy Azərbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev Xocalı faciəsini təhrif və xocalıları təhqir etdiyinə görə həbs olunub və bu məsələyə görə hakimiyyəti ittiham etmək absurddur. Bu barədə cümə günü hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkli Mübariz Qurbanlı məlumat verib.

Onun fikrincə, E.Fətullayevin məqaləsi təkcə Xocalı cakinlərində deyil, bütün Azərbaycan xalqında haqlı narazılıq doğurub. Qurbanlı deyib ki, jurnalistin xocalıları təhqir edən, bu faciəni təhrif edən məqaləsi ölkə mətbuatında çap olunub: "Eynulla Fətullayev Xankəndinə səfər edən zaman erməni jurnalistlərinə Xocalı faciəsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar verməklə məşğul olub."

YAP icra katibinin müavini vurğulayıb ki, hakimiyyətin jurnalistin həbs olunması ilə bağlı sifariş verməyə ehtiyacı yoxdur: "Bu hüququ pozulmuş insanların iddiası əsasında keçirilmiş və ittiham olunan şəxsin günahını sübuta yetirmiş məhkəmə prosesidir. Burada başqa teziz axtarmaq, məsələyə görə hakimiyyəti ittiham etmək absurddur."

Qaçqın və Köçkünlərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Tatyana Çaladzenin iddiası əsasında, "Realnıy Azerbaydjan" və "Gündəlik Azərbaycan" qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayev bu gün "Qarabağ gündəliyi" adlı məqaləyə görə iki il altı ay həbs cəzasına məhkum edilib. Fətullayev məhkəmə zalında həbs olunub.

Xəbər lenti

Xəbər lenti