...

Azərbaycanın Ədliyyə Nazirliyi müxalifət partiyasının qeydiyyata alınması məsələsinə baxacaq

Siyasət Materials 24 Aprel 2007 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Ədliyyə Nazirliyi Vətəndaş və İnkişaf Partiyasının (VİP) dövlət qeydiyyatına alınması məsələsinə baxacaq. Bu barədə çərşənbə axşamı Bakıda VİP sədri Əli Əliyev məlumat verib.

Onun sözlərinə görə, VİP sədrinin müavinləri Büllur Hümbətov və Əflatun Quliyev bir neçə gün öncə Ədliyyə Nazirliyinin rəsmiləri ilə görüşüblər.

Sədrin sözlərinə görə, Ədliyyə Nazirliyinin rəsmiləri bildiriblər ki, partiyanın dövlət qeydiyyatına alınması üçün sənədlərinin hazırlanması prosesi yekunlaşıb, iradlar aradan qaldırılıb və sənədlər qəbul edilib: "Ədliyyə Nazirliyinin nümayəndələri deyiblər ki, VİP qeydiyyatla bağlı növbəsini gözləməlidir. Növbə çatanda partiyanın qeydiyyatı məsələsinə baxılacaq və VİP-in qeydiyyata alınması məsələsi yaxın vaxtlarda öz həllini tapacaq."

Əliyevin sözlərinə görə, onlar da bir müddət gözləmək qərarına gəliblər və hələlik məsələ ilə bağlı məhkəməyə müraciət etmək planları yoxdur.

Sağ mərkəzçi Vətəndaş və İnkişaf Partiyası 2006-cı ildə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) keçmiş sədri Əli Əliyev tərəfindən yaradılıb. VİP AXCP və ALP ilə birlikdə "Azadlıq" blokunda təmsil olunur.

Xəbər lenti

Xəbər lenti