...

Azərbaycan XİN Rusiya səfirinə ikinci notasını təqdim edib

Siyasət Materials 1 May 2007 20:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir P. Əmircanov/ Bu gün RF-nin Azərbaycandakı səfiri Vasili İstratov Rusiya Ensiklopediyasında Azərbaycan tvrixinin təhrif olunması və Dağlıq Qarabağın müstəqil erməni dövləti kimi göstərilməsi məsələsi ilə bağlı Azərbaycan XİN-ə çağırılıb. Trend ATV-yə istinadən xəbər verir ki, Rusiya səfiri ilə nazirlikdə yarım saatlıq söhbət aparılıb və ona etiraz notası təqdim edilib.

Səfir İstratov ensiklopediya ilə bağlı məsələdən xəbərsiz olduğunu bildirib və əlavə edib ki, məsələni yoxlayacaq.

Azərbaycan XİN başçısının müavini Araz Əzimov səfirə etiraz notası verildiyini təsdiq edib. "Belə faktların təkrar baş verməsi xoşagəlməz haldır. Ona görə də biz öz narahatlığımızı Rusiya tərəfinə bildirdik" - deyə Əzimov qeyd edib.

Xəbər lenti

Xəbər lenti