...

Demokratik İslahatlar Partiyasının sədri: "Amnistiya Aktı və prezidentin Əfv fərmanları insanlara qarşı humanizmə əsaslanan addımlardır"

Siyasət Materials 7 May 2007 14:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanda Amnistiya Aktının daha geniş kateroqiyalı məhbusları əhatə etməsi arzuolunandır. Bu barədə Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə açıqlama verib.

Onun partiyası mayın birində Milli Məclisdə qəbul olunmuş Amnistiya Aktını müsbət qiymətləndirir: "Partiya hesab edir ki, geniş dairəni əhatə edən Amnistiya Aktı, həmçinin prezidentin Əfv fərmanları vaxtilə cinayət etmiş və həbsxanaya düşmüş insanlara yönəlmiş mərhəmətə, humanizmə əsaslanan addımlardır. Bu cür humanist addımların daha geniş kateqoriyalı məhbusları əhatə etməsini çox istərdik. Ümidvarıq ki, bu Amnistiya Aktı vasitəsilə azadlığa çıxmayan media nümayəndələri müvafiq Əfv fərmanları vasitəsilə azad olunacaq" - deyə millət vəkili qeyd edib.

Xatırladaq ki, DİP 2005-ci ildə təsis olunub. Məramnaməsini və fəaliyyət istiqamətlərini liberal dəyərlərin həyata keçirilməsi ideyası təşkil edir.

Xəbər lenti

Xəbər lenti