...

Azərbaycan parlamentinin birinci vitse-spikeri: "Amnistiya Aktında heç bir dəyişiklik edilməyəcək"

Siyasət Materials 7 May 2007 14:08 (UTC +04:00)
Azərbaycan parlamentinin birinci vitse-spikeri: "Amnistiya Aktında heç bir dəyişiklik edilməyəcək"

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Mayın 1-də Azərbaycan parlamentinə təqdim olunan Amnistiya Aktına heç bir əlavə və dəyişikliklər edilməyəcək. Bu barədə bazar ertəsi Milli Məclisin (parlament) birinci vitse-spikeri Ziyafət Əsgərov açıqlama verib.

O, hüquq müdafiəçilərinin və digər şəxslərin təklifləri əsasında Amnistiya Aktına dəyişiklik edilib-edilməyəcəyinə münasibətini açıqlayıb. Bildirib ki, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva tərəfindən Milli Məclisə təqdim olunmuş Aimnistiya Aktı yetkin bir sənəddir. Buna görə də ona hər hansı əlavə və düzəlişlər etmək düzgün olmaz. Aimnsitiya Aktının siyasi məhbus kimi təqdim olunan şəxslərə də şamil edilməsi ehtimalına gəldikdə, Əsgərov deyib ki, kimlərin amnistiyaya düşməsi açıq şəkildə göstərilib. Vitse-spiker həmçinin Azərbaycanda siyasi məhbus olmadığını deyib: "Kimlərinsə subyektiv fikirləri əsasında Azərbaycanda siyasi məhbusun olub-olmadığını müəyyənləşdirmək mümkün deyil. Mən hesab edirəm ki, Azərbaycanda siyasi məhbus problemi olmayıb, bu gün də yoxdur. Amnistiya Aktınada bununla bağlı heç bir dəyişiklik edilməyəcək" - deyə vitse-spiker vurğulayıb.

Xəbər lenti

Xəbər lenti